Slot tənqid olunan futbolçusunu müdafiə etdi

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın müdafiəçisi Vircil van Daykın tənqidçilərinə cavab verib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, niderlandlı futbolçunun yaxşı çıxış etdiyini söyləyib:

“Van Dayk komanda üçün çox vacibdir. Müdafiədə əladır, hücumda faydalıdır. O, məşq prosesində mühüm rol oynayır. O, əsl komanda lideridir. Ancaq Niderlandda oyunçuları tənqid etməyi xoşlayırlar, onlar həmişə bir səbəb tapacaqlar”.

33 yaşlı müdafiəçi 2018-ci ildən “Liverpul”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button