“Barselona”nın 500 min avroluq cəriməsi qüvvədə qaldı
“Barselona”nın ötən mövsüm maliyyə pozuntularına görə UEFA-nın 500 min avroluq cəriməsinə etirazı nəticəsiz qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi Kataloniya klubu üçün verilən cəzanı qüvvədə saxlayıb.
İşə baxılarkən məhkəmə “Barselona”nın maliyyə feyr-pley qaydalarının iki bəndini pozduğuna qərar verib. Bu səbəbdən, UEFA tərəfindən pul cəzası əsaslı sayılıb.
“Barselona” İspaniya çempionatının yeni mövsümünə uğurlu başlayıb. Hans-Diter Flikin komandası 9 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin