“Alissonla rəqabət aparmaq niyyətindəyəm” – Gürcü futbolçu

Giorgi Mamardaşvili “Liverpul”un əsas qapıçısı Alisson Bekkerlə rəqabət aparmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü qolkiper “Liverpul” layihəsini bəyəndiyini bildirib:

“Liverpul”un layihəsini bəyənirəm. Klub nümayəndələri müqavilə təklif edəndə hər şeyi ətraflı izah etdilər. Komandanın əsas oyunçusu olmaq üçün Alissonla rəqabət aparmaq niyyətindəyəm”.

Mamardaşvili hazırda “Valensiya”nın heyətində İspaniya çempionatında çıxış edir. O, 2024/25 mövsümünün sonunda İngiltərə klubuna qoşulacaq.

24 yaşlı qolkiperin transfer dəyəri 45 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button