Estoniya – Azərbaycan matçının təyinatları açıqlanıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Estoniya – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rob Harviyə Robert Klark və Ueyn Makdonnel kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessi yerinə yetirəcək.

Oktyabrın 11-də Tallindəki “Lilleküla” stadionunda baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button