“Liverpul” gürcü qapıçının İngiltərəyə gəlişini tezləşdirmək istəyir
“Liverpul” yayın sonunda Giorgi Mamardaşvilini alsa da, o, icarə əsasında “Valensiya”da oynamağa davam edir.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Mersisayd klubu Alisson Bekkerin zədəsi səbəbindən gürcü qapıçının gəlişini sürətləndirə bilər. Məqsəd 24 yaşlı futbolçunun yanvarda İngiltərəyə gəlməsidir.
Müqavilədə “Liverpul”un mövsümün ortasında icarəni bitirməsinə imkan verən heç bir maddə yoxdur. Buna görə də, mersisaydlılar vacib oyunçusunun erkən itkisini kompensasiya etmək üçün “Valensiya”ya pul ödəyə bilər.
“Liverpul” hazırda 6 qələbə və 1 məğlubiyyətlə (18 xal) Premyer Liqada turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin