Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub edib

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.

Komandanın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button