Azərbaycan millisi “Qəbələ” ilə qarşılaşıb
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Qəbələ toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində 10-cu dəqiqədə Ziya Səkərxanov fərqlənib.
Sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin