Ançelotti Mbappenin dincəlməsini istəyir

Kilian Mbappe “Real”ın növbəti matçının əvəzediciləri arasında ola bilər.

Komanda.az “Radio Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti 25 yaşlı futbolçunun İspaniya çempionatında “Alaves”lə matçda dincəlməsini istəyir. Mütəxəssis braziliyalı Endrikdən hücumun önündə istifadə etmək niyyətindədir və Mbappeyə əlavə istirahət təmin edəcək.

“Real” – “Alaves” matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button