“Qarabağ” 28500 avro cərimə olunub – UEFA tərəfindən

UEFA “Qarabağ” klubunu 28500 avro cərimələyib.

Komanda.az xəbər verir ki, buna Azərbaycan çempionunun Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi 3-cü təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

“Köhlən atlar” Bakıda Xorvatiyanın “Dinamo” komandasına uduzduğu (0:2) pley-off mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. “Qarabağ” “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button