“Real” 2 futbolçunun maaşını artırıb – Mbappeyə görə

Yay transfer pəncərəsi zamanı “Real”a keçən Kilian Mbappe Madrid klubunda mövsümə 15 milyon avro qazanacaq.

Komanda.az “OK Diario”-ya istinadən xəbər verir ki, bu transferdən sonra fransalı forvard komandanın ən çox maaş alan futbolçusu olub.

Belə olan halda, “kral klubu” dərhal komandada potensial çaxnaşmanın qarşısını almaq üçün tədbirlər görüb. Belə ki, Madrid klubu Çud Bellingem və Vinisius Juniorun maaşını da illik 15 milyon avroya çatdırıb.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button