“Barselona” Yamalın gələcəyi ilə bağlı qərar verib
“Barselona” yarımmüdafiəçisi Lamin Yamalın gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu gələn yay – 18 yaşı tamam olanda futbolçu ilə xeyli yaxşılaşdırılmış şərtlərlə 2030-cu ilə qədər olan yeni müqavilə imzalayacaq. “Barselona” cari mövsümdə ispaniyalı oyunçunun maaşını artırmaq niyyətindədir ki, bu da bonuslar nəzərə alınmadan hazırda illik 1,5 milyon avro təşkil edir.
Daha əvvəl PSJ-nin Yamalın transferi üçün 200 milyon avro ödəməyə hazır olduğu bildirilib. Amma “Barsa” futbolçunu satmayacağını açıqlayıb.
17 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada “Barselona”da 5 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin