“Əminəm ki, Messi 2026-cı il dünya çempionatında oynayacaq”

Argentina millisinin keçmiş futbolçusu Xuan Roman Rikelme Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak edəcəyinə inanır.

Komanda.az “Goal.com”-a istinadən xəbər verir ki, argentinalı sabiq futbolçu, Messinin hələ də yaxşı olduğunu bildirib:

“Onun nəyə qadir olduğunu heç vaxt bilmirsən. Əminəm ki, Lionel 2026-cı il dünya çempionatında oynayacaq. Hamımız onu Argentina millisində görmək istəyirik. Leo hələ də yaxşıdır və yarışmağı sevir. Messi artıq hər şeyi qazanıb, amma dayanmaq istəmir”.

Növbəti dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın futbol meydanlarında baş tutacaq. Dünya kubokunun son sahibi Argentinadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button