MS “Liverpul”un maraqlandığı oyunçuya qiymət qoyub

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateus Nunes yay transfer pəncərəsi bağlanana qədər komandasını tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə “Liverpul” maraqlanır. “Şəhərlilər” Nunes üçün təxminən 40 milyon avro ödənilsə, onunla ayrılmağa hazırdır.

25 yaşlı yarımmüdafiəçinin Premyer Liqa çempionu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Nunes keçən il “Mançester Siti”yə keçib. O, 2023/24 mövsümündə İngiltərə çempionatında 17 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button