MY futbolçusunu Yunanıstan klubuna satır

“Mançester Yunayted”in vingeri Fakundo Pellistri Yunanıstana köçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gözlənilməz heç nə baş verməsə, uruqvaylı futbolçu karyerasını “Panatinaikos”da davam etdirəcək. Yunanıstan klubu “qırmızı şeytanlar”la transferin bütün şərtlərini demək olar ki, razılaşdırıb. Sövdələşmənin bu həftə bağlanması planlaşdırılır.

“Panatinaikos”un uruqvaylı baş məşqçisi Dieqo Alonso şəxsən 22 yaşlı həmyerlisini transfer etməkdə israrlı olub.

Pellistri “Mançester Yunayted”in əsas heyətində ümumilikdə 25 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button