Ukraynalı futbolçu: “Çox çalışıram”
“Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixail Mudrik 2024/25 mövsümü üçün qarşısına hansı şəxsi hədəf qoyması ilə bağlı sualı cavablandırıb.
Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı futbolçu bu məsələ ilə bağlı hansısa proqnoz vermək istəmədiyini bildirib:
“Mən bu məsələ ilə bağlı hansısa proqnoz vermək istəmirəm. Yalnız komandanın məqsədlərinə, hədəflərimizə diqqət yetirirəm. Çox çalışıram, səbirli qalıram, inanmağa və uğur qazanacağımıza ümid edirəm”.
Mixail Mudrik 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə keçib. O, ötən mövsüm 41 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin