Yamalın bıçaqlanan atasından açıqlama

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Munir Nazraui bıçaqlanandan sonra vəziyyətini ilk dəfə şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun atası indi özünü daha yaxşı hiss etdiyini bildirib:

“Allaha şükürlər olsun ki, məni xəstəxanaya apardılar. İndi özümü bir az daha yaxşı hiss edirəm. Biz sakit olmalıyıq. Daha sakit olmalıyam, çünki başqa yolum yoxdur. Düşünməliyik ki, haqq-ədalət öz işini görəcək, bu, ən vacib məsələdir. Təbii ki, qorxdum. Mən özümü ölümlə həyat arasında tapdım və hər bir insan kimi qorxdum”.

Avqustun 14-də Yamalın atasının bıçaqlanaraq ağır vəziyyətdə olduğu məlum olub. Onun Mataro şəhərində avtoparkda hücuma məruz qaldığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button