Mbappe “Real”da nə vaxt debüt edəcək?
“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kilian Mbappeyə “Atalanta” ilə UEFA superkuboku matçında debüt etməyə icazə verə bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis fransalı futbolçunu “Atalanta” ilə oyunda start heyətində buraxmaq imkanını ciddi şəkildə düşünür.
“Real” UEFA superkubokunda avqustun 14-də “Atalanta” ilə qarşılaşacaq.
Mbappe “kral klubu”nun heyətində yoxlama görüşlərində belə, oynamamışdı.
O, yayda PSJ-dən azad agent kimi “Real”a keçib. 25 yaşlı forvard Fransa çempionatının son mövsümündə 29 matçda 27 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin