“Sabah”ın rəqibinin baş məşqçisindən şikayət dolu açıqlama
İrlandiyanın “Sent-Patrik Atletik” klubunun baş məşqçisi Stepen Kenni “Sabah”a qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu öncəsi ölkə çempionatının “Qolvey Yunayted”lə (11 avqust) görüşünün təxirə salınmasını istəyib.
Komanda.az “Irish Mirror”-a istinadən xəbər verir ki, İrlandiya klubunun baş məşqçisi məsələ ilə bağlı federasiyadan narazılıq edərək, bunları deyib:
“Biz “Qolvey”lə oyununun təxirə salınmasını istədik, çünki oradan qayıdıb səhər tezdən Türkiyəyə uçmalı, sonra da uzun müddət qalaraq, iki fərqli uçuşla getməli olacağıq. Lakin bizim müraciətimiz rədd edildi. İrlandiya Futbol Federasiyası sorğunun “Qolvey”ə göndərilməli olduqlarını bildirsə də, onlar razılaşmadılar. Bu, rəqibimizin qərarıdır, amma məncə, qaydalarda liqa direktoruna öz qərarını verməyə imkan verən müddəa var. Məsələ burasındadır ki, federasiyanın bütün bəyanatları ondan ibarətdir ki, onlar 2-3 komandanın müəyyən illər ərzində Avropa yarışlarının əsas mərhələlərində olmasını istəyirlər. Amma bu planın dəstəklənməsinə dair heç bir sübut yoxdur. İsveçrə və Lixtenşteynə səfərlər də daxil olmaqla, 15 gün ərzində beş oyunumuz var, həmçinin Azərbaycana çatmaq üçün üç saat qurşağını keçəcəyik. Beləliklə, bilmək istəyirik ki, oyunun təxirə salınması ilə bağlı qərarı kim verir? Liqa direktoru qərar verə bilər?”
“Sabah” və “Sent-Patrik Atletik” arasında oyunlar avqustun 8-də və 15-də baş olacaq. İlk oyun İrlandiayda keçiriləcək.
Bizi Facebook-da izləyin