“Kəpəz”dən ayrılan futbolçu “Zirə”də – Rəsmi

“Zirə” “Kəpəz”dən ayrılan daha bir futbolçu ilə anlaşıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb.

Gürcüstanlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, “Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfə fərqlənib.

“Zirə” daha əvvəl “Kəpəz”dən ayrılan Elçin Əlicanov və Martis Junioru heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button