Gürcü futbolçu “Valensiya”dan ayrılmaq istəyir
AÇ-2024-də yaxşı çıxış edən gürcü qapıçı Giorgi Mamardaşvili cari transfer pəncərəsində “Valensiya”nı tərk edə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper komandasını dəyişməkdə maraqlıdır. Ona Səudiyyə Ərəbistanı çempionatının klubları maraq göstərir.
Mamardaşvilinin transfer dəyəri 45 milyon avro qiymətləndirilir. Onun “yarasalar”la 2027-ci ilin yayına qədər olan müqaviləsi var.
Gürcüstanlı futbolçu ötən mövsüm La Liqada keçirdiyi 37 oyunda qapısından 41 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin