“Araz-Naxçıvan” Serbiya millisinin üzvü ilə anlaşıb

Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” futzal komandası növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, ölkə çempionu Serbiya millisinin də üzvü olan Yaniç Aleksandarla anlaşıb.

29 yaşlı müdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”a kömək edəcək.

Braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), Covanni Valerio (“Torreense”, Portuqaliya), İlham Alıyev (U-19) və Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan klub Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Təmsilçimiz UEFA Çempionlar Liqasında avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya), avqustun 24-də isə “Uddevalla” (İsveç) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button