Konte razıdır
“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın yeni mövsümə hazırlığından danışaraq, futbolçuların öz üzərlərində işləmək və təkmilləşmək istəyindən çox razı qaldığını qeyd edib.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı komandanı formalaşdırmaq üçün taktiki baxımdan çox çalışdıqlarını bildirib:
“Komandanı formalaşdırmaq üçün taktiki baxımdan çox çalışırıq. Mən uşaqların hazırlığından və istəyindən çox razıyam, amma hələ də təkmilləşməli mövqelərimiz var. Bir neçə gündən sonra “Brest”lə növbəti yoxlama oyunu olacaq, biz bütün nöqteyi-nəzərdən, həm taktiki, həm də fiziki cəhətdən çox çalışırıq. Gələcək üçün bu matçlar üzərində işləməyə davam edəcəyik”.
“Napoli” iyulun 31-də “Brest”lə, avqustun 3-də “Jirona” ilə yoxlama oyunu keçirəcək. Komanda ötən mövsüm İtaliya çempionatının turnir cədvəlində 10-cu yeri tutub.
A Seriyasının yeni mövsümü avqustun 17-də başlayacaq. Kontenin yetirmələri ilk oyunda “Verona” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin