Serbiya millisinin üzvü “Araz-Naxçıvan”da

UEFA Çempionlar Liqasının yeni mövsümünə hazırlaşan futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” təlim-məşq toplanışı davam etdirir.

Komanda.az xəbər verir ki, komanda bu gündən etibarən hoteldə məskunlaşıb və fiziki ağırlıqlı yükləmələrə start verib.

Gündə 2 dəfə hazırlıq keçən “qırmızı-ağlar” heyətini də komplektləşdirməyə çalışır. Son çempion bu dəfə Serbiya millisinin üzvü ilə anlaşıb. Marko Prşiç yeni mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün tər tökəcək. Yeri gəlmişkən, 33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Al Arabi”si olub.

Braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio “Torreense” (Portuqaliya), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button