“Kəpəz”də daha iki ayrılıq
“Kəpəz” hücumçu Amil Yunanov və qapıçı Kamran İbrahimov ilə başa çatan müqaviləni yeniləməyib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onların hər ikisi Gəncə təmsilçisini tərk edib.
Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Kəpəz” Yunanovu “Səbail”dən icarəyə götürmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin