Yamal ad gününə almaq istədiyi hədiyyəni açıqladı

İspaniya millisinin vingeri Lamin Yamal 17 yaşı üçün nə almaq istədiyini söyləyib. İyulun 13-də futbolçu ad gününü qeyd edəcək.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Avropa çempionatının finalına çıxmaqdan çox məmnun olduğunu bidirib:

“Avropa çempionatının finalına çıxmaqdan çox məmnunam. Kuboku ad günü hədiyyəsi kimi almaq istərdim”.

Yamal Fransa millisi ilə yarımfinal matçında qol vurub. İspaniya millisi 2:1 hesabı ilə qalib gələrək 2024-cü il Avropa çempionatının finalına yüksəlib.

İkinci yarımfinal oyununda Niderland və İngiltərə komandaları qarşılaşacaq. Qarşılaşma iyulun 10-da Dortmunddakı stadionda keçiriləcək və saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button