“Sevilya”dan “Atletiko”nun futbolçusuna 3 illik müqavilə təklifi
“Atletiko”nun yarımmüdafiəçisi Saul Niqes cari transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sevilya” ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
Əndəlus klubunun rəhbərliyi Niqesə 3 illik müqavilə təklif edir. Hazırda tərəflər arasında danışıqlar aparılır.
29 yaşlı yarımmüdafiəçi 2013-cü ilin yayından Madrid klubunda çıxış edir. Onun “Atletiko” ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin