Gecə klubundakı Neymarın göz yaşları

Neymar Amerika kubokunda Braziliya yığmasına kömək edə bilmədi. O, hələ də dizindən aldığı zədəsini sağaldır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neymarın gecə klubunda olduğunu əks etdirən video yayımlanıb. İddia olunur ki, kadrlar Braziliya yığması Amerika kubokundan kənarlaşdırıldıqdan sonra lentə alınıb. Videonun bir hissəsində Neymarın ağladığı görünür.

Braziliya millisi qitə futbol turnirinin 1/4 final mərhələsində mübarizədən kənarlaşdırılıb. Braziliyalılar Uruqvay yığmasına qolsuz heç-heçədən sonra penaltilər seriyasında uduzub.

Amerika kubokunun ilk yarımfinalında Argentina və Kanada, ikincidə isə Uruqvayla Kolumbiya komandaları oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button