“Bayern” 46 milyon avroluq transferi tamamlamaq üzrədir
“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Bayern”ə keçməyə yaxındır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Portuqaliya millisinin 28 yaşlı futbolçusu Münhen klubunda tibbi müayinədən keçib. İndi müqavilənin bəzi detallarına aydınlıq gətirilməlidir. Transferin dəyəri 46 milyon avro qiymətləndirilir.
Palinya ötən mövsüm “Fulhem”in heyətində 40 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin