“Bayern”in futbolçusu “İnter”ə keçməkdən imtina edib

“Bayern”in müdafiəçisi Kim Min Ce bu yay başqa kluba keçmək niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” koreyalı futbolçunu almaq istəsə də, İtaliya klubuna keçməkdən imtina edib.

27 yaşlı futbolçu ilə Münhen klubu arasındakı müqavilinin müddəti 2028-ci ilin ortalarına kimi hesablanıb. O, Ötən mövsüm 36 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button