Ançelotti “Real” rəhbərliyindən italiyalı futbolçunu almağı xahiş edib

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının hücum potensialını gücləndirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin gözü İtaliya millisinin və “Yuventus”un cinah oyunçusu Federiko Kyezadadır.

Ançelotti Madrid klubunun rəhbərliyindən Kyezanın bu yay transferini rəsmiləşdirməyi xahiş edib.

Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ildə başa çatacağından, potensial müqavilə 25 milyon avro dəyərində ola bilər.

26 yaşlı futbolçu İtaliya çempionatının ötən mövsümündə 33 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button