“Turan Tovuz”da rusiyalı qapıçı

“Turan Tovuz” klubu rusiyalı qapıçı İvan Konovalovu transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vaxtilə Rusiyanın U-21 millisinin də şərəfini qorumuş qapıçı ilə “1+1” illik müqavilə bağlanıb.

Moskva “Spartak”ının yetirməsi olan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button