“Real” kapitanla yollarını ayırdı – Rəsmi

“Real” müdafiəçi Naço Fernandesin klubdan ayrıldığını açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Real” futbolçuya təşəkkür edib:

“Real” klubumuzun ən böyük əfsanələrindən biri olan Naçoya öz təşəkkürünü bildirmək istəyir”.

Naço karyerası ərzində ancaq “Real”da çıxış edib.

Bundan əvvəl mətbuatda 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanında oynayacağı ilə bağlı məlumatlar yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button