“Müəyyən danışıqlar da oldu, amma…” – Falkao

Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkao gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu, karyerasını Avropada davam etdirmək istədiyini deyib:

“Bəzi klubların mənimlə maraqlandıqlarını bilirəm. Müəyyən danışıqlar da oldu, amma daha artıq bir şey deyə bilmərəm. “Monako” ilə bir illik müqaviləm var. Bu, diqqətlə düşünülməsi lazım olan bir mövzudur. Nələr olacağını görəcəyik”.

Kolumbiyalı futbolçu, ölkəsinin “Millonarios” klubunda oynamaq ehtimalı ilə bağlı da danışıb:

“Hər kəs mənim “Millonarios”da oynamağı xəyal etdiyimi bilir, amma daha bir müddət karyerama Avropada davam edə biləcəyimi düşünürəm”.

Çin klublarından təklif aldığı deyilən futbolçu, “Atletiko”nun da maraq dairəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button