Reytinq: Azərbaycan millisi 29-cudur

Azərbaycanın futzal millisi FİFA reytinqində 29-cu pillədə qərarlaşıb.

Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin 1139.38 xalı var.

Reytinq cədvəlinə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya ikinci, İspaniya üçüncüdür. Millinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sırada yer alıb.

FİFA futzal üzrə yığmaların reytinq cədvəlini ilk dəfədir açıqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button