Ançelotti “üsyan etdi” – “Real” Klublararası dünya çempionatında iştirak etməyəcək

“Real”ın baş məşqçisi Karlo Ançelotti Klublararası dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, FİFA-nın klubların və futbolçuların Klublararası dünya çempionatında iştirak etməyəcəyini unutduğunu bildirib:

“FİFA unudur ki, klublar və futbolçular Klublararası dünya çempionatında iştirak etməyəcək. “Real”ın bir matçı 20 milyon avroya başa gəlir və bu pulu bizə bütün turnir üçün verirlər. Buna münasibətim mənfidir. “Real” digər klublar kimi, bu dəvətdən imtina edəcək”.

Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək yenilənmiş formatda keçiriləcək. Turnirdə ilk dəfə olaraq 6 konfederasiyanı təmsil edən 32 klub iştirak edəcək: UEFA (12 komanda), AFC (4), CAF (4), KONKAKAF (4), KONMEBOL (6), OFC (1), başqa yer turnirə ev sahibliyi edən ölkələrin komandasına veriləcək. 2025-ci ildə Klublararası dünya çempionatı ABŞ-da keçiriləcək.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FİFPro) və Dünya Liqası Forumu (WLF) turnirin yeni formatı ilə bağlı FİFA-nı məhkəməyə verə bilər.

Turnirin tarixinin ən titullu klubu “Real”dır – 5 kubok. Sonrakı yerləri “Barselona” (3), “Korintians” və “Bayern” (hər biri 2) tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button