“Liverpul” azarkeşləri onu seçdi
“Liverpul” azarkeşləri 2023/24 mövsümü üçün komandanın ən yaxşı oyunçusunu seçiblər.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsində hücumçu Məhəmməd Salah qalib gəlib. Misirli futbolçu müdafiəçi Vircil van Dayk və yarımmüdafiəçi Aleksis Makallisteri qabaqlayaraq, ən çox səs toplayıb.
Salah ötən mövsüm 44 matçda iştirak edib, 25 qol vurub və 13 məhsuldar ötürmə verib.
Salahın bu yay “Liverpul”u tərk edərək, Səudiyyə Ərəbistanına köçə biləcəyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin