“Neymarla aramızda heç bir problem yoxdur” – Tuxel
Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel Neymarla bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, Paris təmsilçisindən ayrılmaq istədiyini bildirən hücumçuyla bağlı bunları deyib:
“Futbolçu komandaya gec qoşulduğu zaman məni məyus edir. Amma indi Neymarla aramızda heç bir problem yoxdur. Biz birlikdə çalışırıq və o, indi komandadadır. Amerika kuboku turnirindən əvvəl onun komandadan ayrılmaq istədiyini bilirdim. Amma bu, klubun və futbolçunun işidir. Mən komandanın baş məşqçisiyəm və o, mənim futbolçumdur”.
45 yaşlı mütəxəssis, “Neymarsız PSJ-nin gələcəyini düşünürsüz” sualına belə cavab verib:
“Mən hər şeyə hazıram. Onun haqqında danışmaq istəmirəm. Bu, kluba aid sualdır, bu məsələlərə mən müdaxilə etmirəm”.
Bizi Facebook-da izləyin