Flik onu “Barselona”dan göndərmək istəyir
“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik cinah oyunçusu Joao Kanselonu klubdan göndərmək istəyir.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis portuqaliyalı futbolçunu növbəti mövsüm üçün komandasında görmür. Flik əsas səbəbi kimi oyunçunun qeyri-sabitliyini göstərib.
Kataloniya klubu Kanselonu ötən yay “Mançester Siti”dən icarəyə götürüb. 30 yaşlı futbolçu 2023/2024 mövsümündə 42 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin