Məhkəmə: Avropa Super Liqasının UEFA və FİFA-ya qarşı iddiası qismən təsdiq edilib
Madrid məhkəməsi Avropa Super Liqasının UEFA və FİFA-ya qarşı iddiasını qismən təsdiq edib.
Komanda.az AS-a istinadən xəbər verir ki, məhkəmə futbol qurumlarını liqada hakim mövqelərindən sui-istifadə etməkdə və bazarda azad rəqabətə mane olmaqda ittiham edib.
Qərarda həmçinin, FİFA və UEFA-nın üzərinə sanksiya tətbiq edilmiş anti-rəqabətli davranışı dayandırmaq və gələcəkdə onun təkrarlanmasını qadağan etmək, həmçinin yarışdan əvvəl və ya yarış zamanı baş vermiş rəqabətə zidd davranışın bütün nəticələrini dərhal aradan qaldırmaq öhdəliyi qoyulub. O da qeyd olunur ki, bu qərar qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.
Bu qərar Avropa İttifaqı Ədalət Məhkəməsinin ötən ilin dekabrında verdiyi qərara uyğundur.
Ötən ilin dekabr ayının 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Bunun ardından Avropa Super Liqasının yeni formatı təqdim olunub. Buna əsasən, yarışda 3 liqaya bölünən 64 klub iştirak edəcək. Hər liqada yarış 2 mərhələdə keçiriləcək – liqa mərhələsi və pley-off mərhələsi.
Bizi Facebook-da izləyin