Ad çəkmədi, amma bəzi futbolçuların göndəriləcəyini dedi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yay transfer pəncərəsi zamanı komandasından bəzi futbolçuların ayrıla biləcəyini açıqlayıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bəzi oyunçuların gedəcəyini istisna etməyib:

“Bəzi oyunçular “Mançester Siti”də qalıb-qalmayacağına qərar verməli olacaqlar. Bəziləri gedəcək, amma yeni gələnlər də olacaq. İdman direktorumuz dedi ki, gələn mövsüm hər şey yaxşı olacaq”.

Daha əvvəl bildirilirdi ki, Cek Qriliş, Bernardo Silva, əsas qapıçı Ederson və ehtiyatda olan Stefan Orteqa kimi futbolçular yayda “Mançester Siti”ni tərk edə bilər.

Qvardiolanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button