MS Qvardiolanı əvəz edəcək məşqçini axtarır

“Mançester Siti” gələn yay Pep Qvardiolanı baş məşqçi kimi əvəz edə biləcək mütəxəssislərin qısa siyahısını tərtib edib. İspaniyalı mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyulunda başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Julian Naqelsmann (Almaniya millisi), Xabi Alonso (“Bayer”, Leverkuzen) və Miçel (“Jirona”) kimi məşqçiləri diqqətlə izləyir. Sonuncu əslində “Mançester Siti”nin sahiblərinə məxsus olan klubda işləyir, ona görə də, onun təyinatı çox sadə görünür.

Qvardiola “Mançester Siti” ilə 6 dəfə İngiltərə çempionu olub. O, həm də, komanda ilə Çempionlar Liqasının qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button