Neymarla bağlı yeni iddia: İspaniyaya qayıtsa…

PSJ-dən ayrılıb “Barselona”ya transfer olunacağı gözlənilən Neymar haqda yeni iddialar yayılıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edən zaman vergidən yayınıb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Neymarın 4 il ərzində 35 milyon avro məbləğində vergidən yayındığı bildirilir. Braziliyalı hücumçu İspaniyaya qayıtsa, bu borcu ödəməlidir. Futbolçu yenidən vergidən yayınacağı halda isə məhkəmədə hakim qarşısına çıxmalı olacaq.

Neymarın vergi borcuna görə “Barselona”ya transfer olacağı ehtimallarının azaldığı iddia olunur.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button