“Real” çempionluq kubokunu bağlı qapılar arxasında alacaq 

“Real” bu mövsüm vaxtından əvvəl İspaniya La Liqasının qalibi olub.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, “kral klubu”na çempionluq kuboku məşq bazasında, bağlı qapılar arxasında veriləcək.

Madrid klubu La Liqanın növbəti turunda Qranadaya səfər edərkən mərasimin baş tutmasını istəmir. Ölkənin futbol federasiyası kuboku bazar günü, klubun bazasında komandaya təqdim etməyi qərara alıb. Onu federasiyanın prezidenti Pedro Roşa şəxsən gətirəcək.

“Real” mayın 8-də Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab matçı (ilk oyun – 2:2) keçirəcək. Oyun saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button