“Biz bu son addımı atmaq istəyirik” – Xabi Alonso
“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinalında “Roma” ilə ilk oyundan gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu gün keçiriləcək oyunun onlar üçün çox önəmli olduğunu bildirib:
“Keçən mövsüm Avropa Liqasının yarımfinalında “Roma”ya məğlub olduğumuz bir oyunu həzm etmək üçün vaxt lazımdır. Amma komandam böyüyüb və indi vəziyyət dəyişib. Bütün mövsümboyu finala çıxmaq istəyimiz var idi. Biz bu son addımı atmaq istəyirik. Bu gün keçiriləcək oyun bizim üçün çox önəmlidir. Artıq ikinci şansda sınaqları və ağrıları unutmaq istəyirik”.
“Roma” – “Bayer” matçı bu gün keçiriləcək və saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin