ÇL: “Hər şey “Santyaqo Bernabeu”da həll olunacaq”

“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la ilk oyun (2:2) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, azarkeşlərin dəstəyindən söz açıb:

“Azarkeşlər bizi dəstəkləyəndə heyrətamiz idilər. Bu, bir qədər Londonda “Çelsi” ilə finalı xatırladırdı.

Qələbə qazanmaq istəyirdik, düşünürəm ki, buna layiq idik. Hər şey “Santyaqo Bernabeu”da həll olunacaq. Gələcəyimiz bizdən asılıdır. Biz finala çıxmaq və “Uembli”də oynamaq istəyirik”.

“Bayern”lə “Real” arasında cavab oyunu mayın 8-də Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button