Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan yığma üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub.

O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.

Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub.

Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button