Salahdan məsləhət: “Bunu hər gün 5, 10 dəqiqə edin”
“Liverpul”un hücumçusu Məhəmməd Salah bir neçə mövsüm ardıcıl olaraq yüksək səviyyəli oyun nümayiş etdirə bilməsinin səbəbini izah edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı misirli futbolçu yuxudan duranda nələr etdiyini açıqlayıb:
“Çarpayının və ya stulun kənarında otururam, kürəyimi düzəldirəm, gözlərimi yumuram və nəyə nail olmaq istədiyimi, özümü necə görmək istədiyimi təsəvvür edirəm. Sadəcə hissiyyatla vizuallaşdırmaq lazımdır. Hiss ən vacib şeydir, çünki o, enerji kimidir. Vizuallaşdırmağa başladıqdan sonra bu baş verəcək. Ancaq bunun üçün sadəcə vizuallaşdırma deyil, iş də lazımdır. Bu da çox cəsarət tələb edir.
Həmçinin, həqiqətən bir şeyi təkmilləşdirmək istəyirsizsə, bunu hər gün 5, 10 dəqiqə edin. Bu, sadə səslənir, amma mənə inanın, bunu gündəlik etməyə çalışsız, pis olmayacaq. Nəticəni görəcəksiz”.
Salah ardıcıl 7 mövsümdə 20-dən çox qol vuran ilk “Liverpul” oyunçusudur.
Bizi Facebook-da izləyin