Ardıcıl 3-cü, tarixdə 11-ci!

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionunun adına 28-ci turda aydınlıq gəlib.

“Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub – 1:6.

İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.

Qeyd edək ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

Azərbaycan çempionları:

  1. “Neftçi” (Bakı)
  2. “Qarabağ” (Ağdam)

1993/94. “Turan” (Tovuz)

1994/95. “Kəpəz” (Gəncə)

1995/96. “Neftçi” (Bakı)

1996/97. “Neftçi” (Bakı)

1997/98. “Kəpəz” (Gəncə)

1998/99. “Kəpəz” (Gəncə)

1999/2000. “Şəmkir”

2000/01. “Şəmkir”

2001/02. Yarımçıq qalıb

2002/03. Keçirilməyib

2003/04. “Neftçi” (Bakı)

2004/05. “Neftçi” (Bakı)

2005/06. “Bakı”

2006/07. “Xəzər Lənkəran”

2007/08. “İnter” (Bakı)

2008/09. “Bakı”

2009/10. “İnter” (Bakı)

2010/11. “Neftçi” (Bakı)

2011/12. “Neftçi” (Bakı)

2012/13. “Neftçi” (Bakı)

2013/14. “Qarabağ” (Ağdam)

2014/15. “Qarabağ” (Ağdam)

2015/16. “Qarabağ” (Ağdam)

2016/17. “Qarabağ” (Ağdam)

2017/18. “Qarabağ” (Ağdam)

2018/19. “Qarabağ” (Ağdam)

2019/20. “Qarabağ” (Ağdam)

2020/21. “Neftçi” (Bakı)

2021/22. “Qarabağ” (Ağdam)

2022/23. “Qarabağ” (Ağdam)

2023/24. “Qarabağ” (Ağdam)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button