Ukrayna və Polşa da AÇ-2024-ə vəsiqə qazandı

Bu gün Avropa çempionatının son üç iştirakçısı müəyyənləşib.

Komanda.az xəbər verir ki, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Gürcülər Avropa çempionatında F qrupunda Portuqaliya, Türkiyə, Çexiya ilə mübarizə aparacaqlar.

Günün digər oyunlarında Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək AÇ-2024-ə vəsiqə qazanıb. Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək.

Polşa isə Uelslə qarşılaşıb. Bu oyunun da əsas və əlavə vaxtı qolsuz bitib. Penaltilər seriyasında daha dəqiq olan polşalılar qitə birinciliyində iştirak hüququ qazanıblar. Bu komanda AÇ-də D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

AÇ-2024-ün pley-off mərhələsinin finalı
26 mart

Gürcüstan – Yunanıstan – 0:0 (penaltilər 4:2)

Ukrayna – İslandiya – 2:1
Qollar: Siqankov, 54. Mudrik, 84 – Qudmundsson, 30.

Polşa – Uels – 0:0 (penaltilər 5:4)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button