“Mançester Siti” Fodenlə danışıqlar aparır

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden klubu ilə yeni müqavilə üzrə danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu “şəhərlilər”lə yeni müqavilə imzalamağa hazırdır. Hazırda tərəflər danışıqlar aparır. Fodenin yeni müqaviləsinin 2029-cu ilin ortalarına qədər davam edəcəyi gözlənilir.

Foden “Mançester Siti”nin yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir. 23 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button